“Neftçi”, “Sumqayıt” və “Keşlə”nin oyunlarını idarə edəcək hakimlər bilindi
Futbol üzrə Avropa Liqasında Azərbaycanı təmsil edəcək “Neftçi”, “Sumqayıt” və “Keşlə”nin matçlarına hakim təyinatları bəlli olub.
Komanda.az xəbər verir ki, “Nefçi” – “Şkupi” (Şimali Makedoniya) matçını Latviyadan olan hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanın baş hakimi Aleksandr Qolubev olacaq. Ona yan xətt hakimləri Raymond Tatrik və Yevgeni Morozov kömək edəcək. Dördüncü hakim funksiyasını Arti Kenin yerinə yetirəcək.
“Sumqayıt” – “Şkendiya” (Şimali Makedoniya) görüşü qazaxıstanlı hakimlərə həvalə olunub. Baş hakim Arman İsmuratov, onun köməkçiləri Sergey Vassutin və Samat Tergeyssizov olacaq. Dördüncü hakim isə Jandon Abjan təyin edilib.
“Keşlə” – “Laçi” qarşılaşmasında isə digər qonşu ölkə – Gürcüstandan olan hakimlər iş başında olacaqlar. Baş hakim Georgi Kikaçeişvili olacaq. Yan xətt hakimləri Davit Gabisoniya və David Axvlediani təyin edilib. Dördüncü hakim funksiyasını da İrakli Kvirikaşvili yerinə yetirəcək.
Qeyd edək ki, hər üç matç avqustun 27-də baş tutacaq.
Bizi Facebook-da izləyin