“Neftçi” Stankoviçlə vidalaşdı
“Neftçi”də müdafiəçi Voyislav Stankoviçlə başa çatan müqavilə yenilənməyib.
Komanda.az xəbər verir ki, 35 yaşlı serbiyalı futbolçuya təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
2019-cu ilin iyulundan “Neftçi”də çıxış edən Stankoviç geridə qalan 4 mövsüm ərzində 97-si çempionat (7 qol), 11-i kubok (1 qol), 18-i avrokubok olmaqla 126 matçda meydana çıxıb, 8 qola imza atıb.
Stankoviç daha öncə Azərbaycanda “Keşlə” (indiki “Şamaxı) və “Qəbələ”də də forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin