“Neftçi” “Spartak”la qarşılaşa bilər
“Neftçi” növbəti dəfə Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu keçirə bilər.
Komanda.az xəbər verir ki, bu barədə Bakı klubunun baş icraçı direktoru Fərrux Mahmudov mətbuat konfransında məlumat verib.
O, Rusiya təmsilçisi ilə danışıqların davam etdiyini deyib.
“Neftçi” yayda Moskvada “Spartak”la üz-üzə gəlib və 0:2 hesabı ilə uduzub. “Ağ-qaralar” noyabrın 18-də Bakıda “Zenit”lə yoldaşlıq görüşü keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin