“Neftçi” “Spartak”la növbəti dəfə qarşılaşacaq

“Spartak” “Neftçi” ilə daha bir yoldaşlıq oyunu keçiriəcək.

Komanda.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

“Spartak”ın baş direktoru Oleq Malışev klubun “Neftçi” yoldaşlıq oyunu keçirmək niyyətində olduğunu bildirib:

“Çalışacağıq ki, gələcəkdə “Neftçi” ilə yoldaşlıq oyunu təşkil edək. Nə vaxt olacağı bəlli deyil, amma əlaqədəyik”.

“Spartak” və “Neftçi” klubları 2023-cü il iyulun 18-də Moskvada yoldaşlıq oyunu keçirib. Oyun Moskva klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Xatırladaq ki, komandalar arasında martın 23-də baş tutmalı olan oyun, matçdan bir gün əvvəl Moskva vilayətində baş vermiş terror aktı səbəbindən ləğv edilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button