“Neftçi” – “Spartak” oyunu ləğv olundu!

Bu gün keçirilməli olan “Neftçi” – “Spartak” (Moskva) yoldaşlıq oyunu Rusiya klubunun xahişi ilə ləğv olunub.

Komanda.az xəbər verir ki, buna səbəb Moskvada dünən baş vermiş terror aktı və hadisə nəticəsində çox sayda insanın həlak olmasıdır. Bu barədə “Neftçi”nin mətbuat xidməti məlumat yayıb.

“Neftçi” və “Spartak” arasında yoldaşlıq matçı martın 23-də, saat 18:00-da keçiriləcəkdi.

Oyun üçün alınmış biletlər geri qaytarılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button