“Neftçi” – “Spartak” matçının hakimləri məlum olub
“Neftçi”nin bu gün Rusiyanın “Spartak” klubu ilə keçirəcəyi yoxlama matçının hakimləri müəyyənləşib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Neftçi Arena”da baş tutacaq qarşılaşmanın baş hakimi Rauf Cabbarov olacaq.
Ona Namiq Hüseynov, Kamran Bayramov və Kamranbəy Rəhimov kömək edəcəklər. VAR hakimləri isə Cavid Cəlilov ilə Müslüm Əliyev olacaqlar.
“Neftçi” – “Spartak” matçı saat 18:00-da başlayacaq. Qarşılaşma Moskva vilayətindəki “Crocus City Hall”da baş verən terror aktı ilə əlaqədar 1 dəqiqəlik sükutla başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin