“Neftçi” sonuncu yoxlama oyununu bu gün keçirəcək

Polşada təlim-məşq toplanışında olan “Neftçi” bu gün sonuncu yoxlama oyununu keçirəcək.

Komanda.az xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu komanda Kipr təmsilçisi AEL-lə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Oyun Byalobjeqdə yerləşən “Mieyski” stadionunda gerçəkləşəcək.

Bundan əvvəl “Hapoel” (Təl-Əviv/İsrail, 1:1) və “Termalika” (Polşa, 2:2) ilə qarşılaşan “Neftçi”nin “Asteras”la (Tripolis, Yunanıstan) oyunu güclü leysan səbəbindən ləğv olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button