“Neftçi” çətin qələbə ilə növbəti mərhələdə!
Bu gün “Neftçi” UEFA Avropa Liqasında mübarizəyə başlayıb.
Komanda.az xəbər verir ki, “ağ-qaralar” turnirin 1-ci təsnifat mərhələsi çərçivəsində Şimali Makedoniyanın “Şkupi” klubunu qəbul edib. 8-ci km stadionunda keçiriləcək oyuna saat 20:00-da start verilib.
Koronavirusla əlaqədar olaraq təsnifat mərhələləri bir oyundan ibarətdir və azarkeşsiz keçirilir. “Ağ-qaralar” bu oyunda çətin qələbə sayəsində növbəti mərhələyə vəsiqə qazanıblar.
UEFA Avropa Liqası, 1-ci təsnifat mərhələsi
27 avqust
Neftçi (Azərbaycan) – Şkupi (Şimali Makedoniya) 2:1
Qol: S.Buqrin, 66. A.Krivotsyuk, 88 – D.Darbo, 90+3.
Qırmızı vərəqə: U.Qudyabi, 70.
Hakimlər: Aleksandrs Qolubevs, Raymonds Tatriks, Yevgeniys Morozovs, Artis Kenins (hamısı Latviya)
Bakı. 8-ci km stadionu.
Neftçi: 30. Aqil Məmmədov, 2. Cabir Əmirli, 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 24. Yusuf Laval, 28. Stiven Monroz, 29. Sabir Buqrin, 36. Mamadu Kane, 91. Tallison.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 6. Voyislav Stankoviç, 10. Saman Nərimancahan, 19. Fəhmin Muradbəyli, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 27. Fərid Yusifli.
Baş məşqçi: Füzuli Məmmədov.
Şkupi: 1. Kristian Naumoski, 3. Darko Qlişiç, 5. Lamin Dyak, 10. Besar İseni (k), 11. İlirid Ademi, 16. Besart Krivanyeva, 19. Umar Qudyabi, 20. Dembo Darbo, 21. Sabit Bilalli, 22. Filip Qliqorov, 33. Byanor.
Ehtiyat oyunçular: 12. Artan İlyazi, 4. Ardit İlyazi, 7. Yakup Berişa, 8. Faton Yusufi, 14. Freddi Alvares, 23. Ramin Aliyi, 30. Fırat Güllü.
Məşqçi: Vlatko Kolev.
Bizi Facebook-da izləyin