“Neftçi” “Sivasspor”a qalib gəldi
Növbəti mövsüm üçün hazırlıqlarını Türkiyədə davam etdirən “Neftçi” bu gün növbəti yoxlama matçına çıxıb.
Komanda.az xəbər verir ki, Roman Qriqorçukun komandası Türkiyə Super Liqası təmsilçisi “Sivasspor”la qarşılaşıb.
Oyun “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Neftçi”nin qollarını Mark Tamaş (45+3) və Yeqor Boqomolski (80) vurub.
“Neftçi” Türkiyədəki ilk yoxlama matçında “Alanyaspor”a 3:1 qalib gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin