“Neftçi” – “Sabah” matçının yeri dəyişdirilib

Azərbaycan Premyer Liqasının 3-cü turunda keçiriləcək “Neftçi” – “Sabah” oyununun yeri dəyişdirilib.

Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Paytaxt təmsilçisi “Neftçi Arena”da ot örtüyünün yararsız hala düşməsi və stadionda aparılan bərpa işləri ilə əlaqədar PFL-ə müraciət edib.

Qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi “Neftçi Arena”da deyil, “Liv Bona Dea Arena”da baş tutacaq.

Bundan əlavə, 5-ci turun “Neftçi” – “Şamaxı” oyunu ilə 13-cü turun “Şamaxı” – “Neftçi” matçının yeri dəyişdirilib. Qeyd olunan dəyişiklik klubların əvəzedici heyətlərinin oyununa şamil edilmir.

“Neftçi Arena” stadionunda ot örtüyünün bərpa işləri 7-ci turda keçiriləcək “Qarabağ”la oyuna qədər yekunlaşacaq.

“Neftçi” – “Sabah” görüşü avqustun 18-də saat 20:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button