Rəsmi: “Neftçi” Səlahət Ağayevlə bağlı qərarını verdi
“Neftçi” futbolçusu Səlahət Ağayevin müqaviləsinin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, Bakı təmsilçisi Səlahət Ağayevlə müqavilənin müddətini 2 illiyə artırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı qapıçı 2020/2021-ci illər mövsümünün sonunadək “Neftçi”də forma geyinəcək.
Səlahət Ağayev son mövsüm bütün oyunlarda (32 oyun) meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin