“Neftçi” “Səbail”lə oyuna da Aqilsiz hazırlaşır
“Neftçi” Premyer Liqanın 18-ci turunda qarşılaşacağı “Səbail”lə oyun üçün hazırlığa start verib.
Komanda.az xəbər verir ki, “Zirə” ilə qarşılaşmadan sonra ikigünlük fasiləyə buraxılan komanda bu gün doğma bazada məşqə çıxıb.
Zədəli Aqil Məmmədovdan başqa bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub. Hazırlıq sabah bir məşqlə davam edəcək.
Xatırladaq ki, fevralın 24-də 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Səbail” oyununa saat 16:00-da start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin