
“Neftçi” rəsmi mağazası onlayn fəaliyyətə başladı
“Neftçi” rəsmi mağazası bu gün onlayn fəaliyyətə başlayıb. Rəsmi mağaza azarkeşlərə sevimli komandalarına və klub tarixinə olan bağlılıqlarını ifadə etmələri üçün geniş məhsul çeşidi təqdim edir.
Komanda.az xəbər verir ki, burada “Neftçi”nin yeni mövsüm formaları, outlet kolleksiyası satışdadır. Yaxın vaxtlarda aksesuarlar, hədiyyəlik məhsullar və daha çoxunu tapmaq mümkün olacaq.
Azarkeşlər üçün xüsusi dizaynlar, yüksək keyfiyyətli məhsullar və klubun rəngləri ilə bəzədilmiş bir çox şeyi “Neftçi” rəsmi mağazasında əldə edə bilərsiniz.
Yalnız məhsul deyil, eyni zamanda, “Neftçi” sevgisini, tarixini və ruhunu yaşamaq istəyirsinizsə, doğru yerdəsiniz. Sizi hər zaman “Neftçi” rəsmi mağazasında gözləyirik!
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin