“Neftçi” Tuladan qələbə ilə qayıdır
Futbol üzrə Avropa Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçilərindən olan “Neftçi” də bu gün növbəti oyununa çıxıb. “Ağ-qaralar” səfərdə Rusiyanın “Arsenal” klubu ilə qarşılaşıb. “Arsenal”ın mərkəzi stadionunda keçirilən görüş “Neftçi”nin qələbəsiylə başa çatıb.
Komandalar arasında cavab oyunu avqustun 1-də keçiriləcək.
Avropa Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyun
25 iyul
Arsenal (Tula, Rusiya) – Neftçi 0:1
Qol: Dario Federiko, 45+1.
Baş hakim: Enea Yorçi (Albaniya)
Arsenal: 36. Mixail Levaşov, 6. Maksim Belyayev, 8. Gia Qriqalava, 9. Kiril Kombarov (k), 11. Sergey Tkaçev, 20. Qoran Çauşiç, 21. Viktor Alvares, 22. Daniel Lisovıy, 23. İqor Qorbatenko, 29. Lamek Banda, 30. Aleksandr Tudor.
Ehtiyat oyunçular: 1. Artuq Niqmatullin, 13. Maksim Volodko, 14. Anri Xaquş, 17. Quram Adzoyev, 48. Yevgeni Lutsenko, 70. Georgi Kostadinov, 71. Aleksandr Denisov.
Baş məşqçi: İqor Çerevçenko.
Neftçi: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Dario Federiko, 19. Rauf Əliyev, 25. Kiril Petrov, 26. Ömər Buludov, 28. Stiven Monroz, 36. Mamadu Kane, 93. Soni Mustivar.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 7. Namiq Ələsgərov, 11. Vangelis Platellas, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 33. Turan Vəlizadə.
Baş məşqçi: Roberto Bordin.
Bizi Facebook-da izləyin