“Neftçi” Rusiya klubunun keçmiş baş məşqçisi ilə maraqlanır? – AÇIQLAMA

“Neftçi” klubu ÇSKA və “Ural” komandalarının sabiq baş məşqçisi Viktor Qonçarenko ilə maraqlanması ilə bağlı yayılan məlumatlara cavab verib.

Komanda.az xəbər verir ki, paytaxt klubundan “Sport Express”-ə bildiriblər ki, bu məlumatlar doğru deyil:

“Viktor Qonçarenko təcrübəli və postsovet məkanında tanınmış məşqçidir. Amma bu məlumat həqiqətə uyğun deyil”.

Qonçarenko bu il mayın sonunda “Ural”ın baş məşqçisi postundan qovulub.

“Neftçi” Azərbaycan çempionatının yeni mövsümündə keçirdiyi 9 oyundan cəmi 5 xal toplayıb. Komanda turnir cədvəlində 8-ci yerdədir.

“Ağ-qaralar”ın hazırkı baş məşqçisi ukraynalı mütəxəssis Roman Qriqorçukdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button