“Neftçi” Regekampfı göndərir – Yeni baş məşqçi Sərgən Yalçın ola bilər

“Neftçi” baş məşqçisi Laurentsiu Regekampfla vidalaşır.

Komanda.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssislə müqavilənin qarşılıqlı pozulması istiqamətində razılıq əldə olunub. İddiaya görə, rumıniyalı çalışdırıcı tezliklə Bakıda qaldığı mənzili boşaldacaq.

Tərəflər arasında təzminat barədə danışıqlar davam edir. Regekampfın “ağ-qaralar”dan 100 000 avro tələb etdiyi, paytaxt klubunun isə bu məbləği bir qədər aşağı salmağa çalışdığı bildirilib.

Səudiyyə Ərəbistanı klubları ilə adı hallanan mütəxəssisin ölkəsinə qayıdacağı gözlənilir. Onun “Styau”nın prezidenti Cici Bekali və “Universitatya Krayova”nın rəhbəri Mixay Rotaru ilə əlaqə saxlayaraq, öz xidmətlərini təklif etdiyi deyilir.

Laurentsiu Regekampfın “Neftçi” ilə 2024-cü ilin yayınadək müqaviləsi var.

“Neftçi”nin yeni baş məşqçisinin türkiyəli mütəxəssis Sərgən Yalçın olacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button