“Neftçi” rəsmisindən təkzib: “Mediada yazılanlar həqiqəti əks etdirmir”

Yerli mətbuatda yayılan məlumata görə, “Qarabağ”ın futbolçusu Toral Bayramov növbəti mövsümdən karyerasını “Neftçi”də davam etdirə bilər.

Xəbərdə bildirilir ki, “ağ-qaralar” Azərbaycan millisinin üzvü üçün hazırda Ağdam təmsilçisinə rəsmi təklif göndərməsə də, futbolçu və “Qarabağ” rəhbərliyi “Neftçi”nin planından xəbərdardır.

Məsələni dəqiqləşdirmək məqsədilə “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq. Klub rəsmisi Komanda.az-a açıqlamasında yayılan xəbəri təkzib edib və bu barədə danışıqların aparılmadığını bildirib:

“Toral Bayramovun keçidi ilə bağlı rəsmi məlumat yoxdur. Yəni onunla əlaqədar danışıqlar olmayıb. Çünki futbolçunun hazırda “Qarabağ”la sözləşməsi var.

Hazırda onun keçidi ilə bağlı məsələ gündəmimizdə yer almır. Toralla bağlı “Qarabağ”la rəsmi danışıqlara başlamamışıq. Bu barədə mediada yazılanlar həqiqəti əks etdirmir”.

Paytaxt təmsilçisi ölkə çempionatının turnir cədvəlində 57 xalla üçüncü, “Qarabağ” isə 74 xalla birinci pillədədir.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button