“Neftçi” rəsmisindən Abubakar açıqlaması

“Portu”, “Beşiktaş” kimi klublarda çıxış etmiş Vensan Abubakarın “Neftçi”yə keçəcəyi ilə bağlı xəbərlər yayılıb.

Paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı məsələ ilə bağlı Komanda.az-a açıqlama verib:

“Hazırda transfer pəncərəsi bağlansa da, bizim transfer işlərimiz davam edir. Maraqlandığımız, diqqətdə saxladığımız bir çox futbolçu var. Rəsmi bir şey olarsa, klub tərəfindən açıqlama veriləcək”.

Ötən gün türkiyəli jurnalist Reşat Can Özbudak “Neftçi”nin Kamerun millisinin də üzvü olan 33 yaşlı Abubakara rəsmi təklif göndərdiyini yazıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button