“Neftçi” rəsmisi Rusiyadakı turnir haqda: “Bizə dəvət gəlməyib”

Rusiya mətbuatı “Neftçi”nin Sankt-Peterburq şəhərində keçiriləcək yoldaşlıq tunirində iştirak etmək istədiyi haqda məlumat yayıb.

“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev Komanda.az-a açıqlamasında, Rusiyada təşkili planlaşdırılan turnirlə bağlı kluba heç bir dəvət gəlmədiyini bildirib:

“Turnirdə iştirakla bağlı bizə rəsmi təklif gəlməyib. Turnirə qatılıb-qatılmayacağımızla bağlı konkret qərar yoxdur. Belə bir şey olsa, rəsmi açıqlama veriləcək. Amma hələ ki, nə dəvət gəlib, nə də orada iştirakımız təsdiqlənib. Komandamız hazırda ölkə kubokunun finalına köklənib”.

Rusiya mətbuatında “Neftçi”nin “Zenit”, Türkiyənin “Fənərbaxça” və Serbiyanın “Srvena Zvezda” komandaları ilə birlikdə mini-turnirdə iştirak edə biləcəyi barədə xəbər yayılıb.

“Ağ-qaralar” Azərbaycan kubokunun finalında “Qəbələ” ilə qarşılaşacaq. Oyun iyunun 3-də “Bakcell Arena”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button