“Neftçi” rəsmisi Qurbanova təşəkkür etdi, “Qarabağ”a uğur arzuladı

Azərbaycan Basketbol Federasiyasının rəhbəri, Azərbaycan Respublikasının elm və təhsil naziri, “Neftçi”nin Müşahidə Şurasının üzvü Emin Əmrullayev “instaqram” hesabında paylaşım edib.

Komanda.az xəbər verir ki, azərbaycanlı nazir “Qarabağ”ın basketbol oynamasına diqqət çəkib. O, basketbolun təşviqinə görə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova da təşəkkür edib:

“Qarabağ” klubunun futbolçularının basketbol məharəti! Afərin! Basketbolun təşviqinə görə Qurban Qurbanova xüsusi təşəkkür edirəm.

“Qarabağ” Futbol Klubunu Avropa Çempionlar Liqasının qrup mərhələsində, “Qarabağ” Basketbol Klubunu isə Azərbaycan Basketbol Liqasında görmək ümidi ilə..”.

Azərbaycan Basketbol Liqasında hazırda 10 komanda mübarizə aparır və yeni mövsümdən liqada 12 komandanın olacağı istisna edilmir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button