“Neftçi” – “Qarabağ” matçı bizim üçün adi oyundur” – VİDEO
Bu gün “İdman TV” və Azərbaycan Radiosu ortaq yayımında “Extra time” verilişinin növbəti canlı yayımı olub.
Komanda.az xəbər verir ki, İlkin Babanın qonağı Peşəkar Futbol Liqasının (PFL) Yarışların Təşkili Departamentinin rəhbəri Elgiz Abbasov olub.
O, oyunların azarkeşsiz keçirilməsi, çempionatın təxirə salınması ehtimalı, “Neftçi” – “Qarabağ” oyunu, qarşılaşmaların bayram günlərində keçirilməsi, “Turan Tovuz” – “Keşlə-2” oyununda azarkeş qadağasının pozulması, PFL rəsmilərinin AFFA nümayəndəsi kimi təyinatı və digər məsələlərlə bağlı sualları cavablandırıb.
- UEFA-nın qərarına görə Azərbaycan Premyer Liqası dayana bilər.
- Oyunlara gələn jurnalistləri bir-birinə uzaq məsafədə əyləşdirəcəyik.
- “Neftçi” – “Qarabağ” matçı bizim üçün adi oyundur.
- Millinin oyunları təxirə düşəndə yenə də çempionat keçirilmir.
- Martın 22-də keçirilən oyunlar bayram ab-havasında olur.
- PFL-ə AFFA nümayəndəliyi üçün yer verilir.
- “Turan Tovuz” – “Keşlə-2” oyunundakı azarkeş qadağasının pozulması məsələsi araşdırılır.
- Azarkeşlərin az gəlməsi onların gəlməməsi demək deyil.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin