“Neftçi” – “Qalatasaray” oyununun hakimləri məlum oldu
UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Qalatasaray” oyununun hakimləri müəyyənləşib.
Komanda.az xəbər verir ki, qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Kevin Klensi olacaq. Ona yan xətt hakimləri David Makqişi və Qrem Stüart köməklik edəcək. Oyunun dördüncü hakimi funksiyasını isə Euan Anderson yerinə yetirəcək.
Sentyabrın 17-də, 8-ci km stadionunda keçiriləcək oyuna saat 20:00-da start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin