“Neftçi”nin prezidentindən Kane AÇIQLAMASI
Bir müddət öncə yerli mətbuatda “Neftçi”nin keçmiş futbolçusu Mamadu Kanenin yenidən kluba qayıdacağı ilə bağlı məlumatlar yayılıb.
“Neftçi” klubunun prezidenti Kamran Quliyev Komanda.az-a müsahibəsi zamanı Kane haqqında yayılan xəbərlərin doğru olmadığını söyləyib:
“İnanırsız, dünən Kanenin agenti ilə danışmışam. “Neftçi” üçün çalışan, iz qoyub gedən futbolçuların agentləri ilə mütəmadi olaraq danışıram. Vəziyyətləri necədir deyə, soruşuram.
Bizim üçün prioritet nədir, bilirsiz?
Buradan gedən futbolçu daha üst çempionata, daha güclü kluba getsin və orada ən azı ya o səviyyədə qalıb davam etsin, ya da yuxarı səviyyəyə qalxsın.
Kanenin qayıdacağına isə inanmıram. Dediyim kimi, agenti ilə də danışmışam. Bildiyim qədəriylə “Olimpiakos”un baş məşqçisi də Kaneyə etibar edir. Belə məsələ gündəmdə olsaydı, bizə ən azı zəng edərdilər ki, Kaneni yayda icarəyə vermək istəyirik. Bu barədə bizə müraciət olmayıb”.
2019-cu ilin yanvarından bu ilin əvvəlinə qədər “Neftçi”də çıxış edən Mamadu Kane cari mövsümün ilk yarısında Premyer Liqada 11 oyun keçirib, 1 qol vurub. O, hazırda Yunanıstanın “Olimpiakos” klubunda forma geyinir.
Bizi Facebook-da izləyin