“Neftçi” onunla rəsmən vidalaşdı
“Neftçi” PFK-nın hücumçu Ahmed Ahmedovla icarə müqaviləsinin müddəti başa çatıb.
Komanda.az xəbər verir ki, paytaxt klubu Sofiya ÇSKA-sından icarəyə götürdüyü 26 yaşlı futbolçu ilə yollarını ayırıb.
Bu barədə “ağ-qaralar”ın rəsmi saytı məlumat yayıb. Türk əsilli bolqarıstanlı futbolçuya göstərdiyi xidmətə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, bu ilin fevralından “Neftçi”nin formasını geyinən Ahmed Ahmedov 9 oyunda 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin