
“Neftçi” “Naxçıvan”ı məğlub etdi
Azərbaycan Basketbol Liqasının 11-ci turunda “Neftçi” “Naxçıvan”ı məğlub edib.
Komanda.az xəbər verir ki, A qrupunun oyununda “ağ-qaralar” rəqibini 73:63 hesabı ilə üstələyiblər.
Günün son görüşündə “Sumqayıt” “Ordu”nu sınağa çəkəcək. Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək B qrupunun qarşılaşması saat 19:00-da başlayacaq.
Turun əvvəlki görüşlərində “Sabah” “Sərhədçi”ni 85:78, NTD “Abşeron”u 87:77 hesabı ilə məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin