“Neftçi” Mutuya görə cərimə ödəyəcək

AFFA İntizam Komitəsi “Səbail”i 1500 manat cərimələyib.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, buna “dənizçilər”in Premyer Liqanın 2-ci turunda “Neftçi” ilə matçın (1:1) ikinci hissəsinə gec çıxması səbəb olub.

Komanda həmin görüşdə 5 oyunçusu sarı vərəqə ilə cərimələndiyi üçün 700 manat ödəyəcək.

Məşqçi Elmir Xankişiyev də “Səbail”i ziyana salıb. O, qarşılaşma vaxtı meydana kənar əşya atdığına görə ikisi şərti olmaqla dörd matçlıq cəzalanıb. Kluba isə 3500 manat cərimə kəsilib. Sınaq müddəti 3 ay təyin olunub.

“Neftçi”nin baş məşqçisi Adrian Mutu isə “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə “ağ-qaralar” 500 manat ödəməli olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button