“Neftçi” də “Spartak” kimi xalq komandası sayılır” – Emin Mahmudov

“Neftçi”nin futbolçusu Emin Mahmudov Rusiya mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, “sport24.ru” saytına danışan “ağ-qaralar”ın kapitanı, “Neftçi”nin Azərbaycanın ən titullu komandası olduğunu deyib:

“Neftçi” Azərbaycanın ən titullu komandasıdır. Son 6 ildə əlbəttə, “Qarabağ” üstündür, ancaq ötən mövsüm biz də çempionluğa çox yaxınlaşmışdıq. Burda “Neftçi” də “Spartak” (Moskva) kimi xalq komandası sayılır.

Bizim əsas sponsorumuz SOCAR-dır. Ancaq inanın mənə, bu, “Zenit”in “Qazprom”u ilə eyni deyil”.

Emin, “Neftçi”dən əvvəl Rusiyada “Saturn”, “Spartak” (Moskva), “Tom”, “Krılya Sovetov”, “Mordoviya” və “Boavişta” klublarında forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button