“Neftçi” Moskva klubu ilə qarşılaşa bilər

“Neftçi” Rusiyanın “Spartak” klubu ilə yoldaşlıq oyunu keçirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə Moskva klubunun icraçı direktoru Oleq Maleşin yerli mətbuata müsahibəsində məlumat verib.

Qarşılaşmanın Bakıda baş tutacağı gözlənilir. Klub rəsmisi matçın dəqiq tarixi barədə məlumat verməyib.

“Neftçi” yayda Moskvada “Spartak”la yoldaşlıq görüşü (0:2) keçirmişdi. Həmin zaman klublar arasında əməkdaşlıq müqaviləsi imzalanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button