
“Neftçi” məğlub oldu
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının 12-ci turunda iki matç keçirilib.
Komanda.az xəbər verir ki, “Xilasedici” MOİK kollektivinə 3:0 hesabı ilə qalib gəlib.
“Murov Az Terminal” isə “Neftçi” klubunu 3:1 hesabı ilə üstələyib.
Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.
12-ci turun son oyunu “Azərreyl” və “Gənclər” arasında olacaq. Qarşılaşmasının keçirilmə vaxtı ilə bağlı məlumat veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin