“Neftçi” Lavalı Portuqaliya klubuna satır

“Neftçi” PFK Portuqaliyanın “Arouka” klubu ilə futbolçu Yusuf Lavalın satışı ilə əlaqədar rəsmi danışıqlara başlayıb.

Komanda.az xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi bu gün komandanın düşərgəsindən ayrılaraq Bakıya dönəcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, futbolçu viza problemini həll etdikdən sonra Portuqaliyaya yola düşəcək.

Yusuf Laval tibbi baxışdan uğurla keçəcəyi halda, rəsmi satış müqaviləsi imzalanacaq və sonra bu barədə ictimayyətə ətraflı məlumat veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button