“Neftçi” kolumbiyalı hücumçu ilə vidalaşıb
“Neftçi” futbolçusu Brayan Moreno ilə yollarını ayırıb.
Klubun mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, kolumbiyalı hücumçunun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
Bu ilin yanvarında transfer olunmuş Moreno “Neftçi”nin heyətində 18 rəsmi oyun keçirib, 4 qol vurub. Zədəli olduğu üçün onun adı cari mövsümdə iştirak ərizəsinə salınmamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin