“Neftçi” kolumbiyalı hücumçu ilə vidalaşıb

“Neftçi” futbolçusu Brayan Moreno ilə yollarını ayırıb.

Klubun mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, kolumbiyalı hücumçunun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Bu ilin yanvarında transfer olunmuş Moreno “Neftçi”nin heyətində 18 rəsmi oyun keçirib, 4 qol vurub. Zədəli olduğu üçün onun adı cari mövsümdə iştirak ərizəsinə salınmamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button