“Universitetdə oxuyanda “cim-bom”a azarkeşlik edirdim” – “Neftçi”nin prezidenti
“Neftçi” klubunun prezidenti Kamran Quliyev Türkiyənin “A Spor” telekanalına açıqlama verib.
Komanda.az xəbər verir ki, Quliyev, Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qalatasaray”a rəqib olmaları haqda danışıb:
“Tarixi bir an, bizim üçün sevindirici bir haldır. “Qalatasaray” Bakıya – Azərbaycan gələcək. Möhtəşəm bir oyun olacaq. Hər iki komanda yoluna davam etmək istəyir. İnşallah, yaxşı bir oyun olacaq, biz buna hazırlaşacağıq”.
Quliyev, Avropa Liqasında “Qalatasaray”a rəqib olduqdan sonra transfer siyasətlərində bir dəyişikliyin olmadığını bildirib:
“Yox, dəyişiklik olmayıb. 1-2 mövqe üçün transfer etməyə çalışırıq. Bizim çempionatımız təzə başlayıb və ilk oyunumuzu keçirmişik. İnanıram ki, “Qalatasaray”la oyuna qədər yeni transferlərimizi həll edəcəyik”.
“Neftçi” klubunun prezidenti “Qalatasaray” azarkeşi olduğunu da etiraf edib:
“1995-96-cı illərdə Kiprdə tələbə idim. Orada universitetdə oxuyanda “cim-bom”a azarkeşlik edirdim. Amma indi “Qalatasaray”a əks tərəfdəyik. Bütün ağlım, ürəyim “ağ-qara”dır. “Cim-bom” da simpatiya bəslənilən komandadır. Sadəcə bu mübarizədə 100 faizlik “Neftçi”liyəm”.
“Neftçi” – “Qalatasaray” oyunu sentyabrın 17-də Bakıda keçiriləcək.
Bizi Facebook-da izləyin