
“Neftçi”nin legionerləri üçün 1 xal
“Neftçi” klubunun futbolçuları – Soni Mustivar və Donald Gerye Haiti milli komandasının heyətində növbəti oyunu keçiriblər.
Komanda.az “ağ-qaralar”ın saytına istinadən xəbər verir ki, hər iki futbolçu KONKAKAF Milli Liqası çərçivəsində baş tutan Kosta Rika – Haiti matçının (1:1) start heyətində meydana çıxıb.
Gerye sonadək mübarizə aparıb, Mustivar isə 64-cü dəqiqədə əvəzlənib. 27-ci dəqiqədə qapısında qol görən qonaqlar 38-ci dəqiqədə Nazonun vurduğu penalti zərbəsi ilə hesabı bərabərləşdiriblər.
Mustivar Haiti milli komandasının heyətində 19 oyunda 2, Gerye isə 47 oyunda 11 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin