“Neftçi” Honda ilə vidalaşdı
“Neftçi” klubunun futbolçu Keysuke Honda ilə müqaviləsinin müddəti başa çatıb.
Komanda.az xəbər verir ki, “ağ-qaralar” yaponiyalı yarımmüdafiəçi ilə müqaviləni yeniləməyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Neftçi” Hondaya göstərdiyi xidmətə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Bu ilin martında “Neftçi”yə transfer olunmuş Honda 7 oyunda 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin