“Neftçi” Buludovun müqaviləsinin müddətini artırdı
“Neftçi” klubu yetirməsi Ömər Buludovla müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, anlaşmaya əsasən, sağ cinah müdafiəçisi 2024-cü il mayın 31-dək “ağ-qaralar”ın formasını geyinəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı futbolçu 2017/2018 mövsümündən etibarən “Neftçi”nin heyətində 74 rəsmi oyunda meydana çıxıb, 3 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin