“Neftçi” Kane ilə vidalaşdı
“Neftçi” klubu icarə əsasında komandada forma geyinən Mamadu Kane ilə vidalaşıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2018-ci ilin dekabrında – 21 yaşında Qvineyadan “Neftçi”nin heyətinə qatılmış Kane burada inkişaf yolu keçərək 2021-ci ilin sentyabrında Yunanıstanın “Olimpiakos” klubuna satılıb. Daha sonra icarə əsasında “Neftçi”də çıxışını davam etdirən 25 yaşlı futbolçu artıq yeni klubuna qoşulacaq.
“Neftçi” bu müddət ərzində komandaya göstərdiyi xidmətlərə görə qvineyalı yarımmüdafiəçiyə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Mamadu Kane 61-i çempionat, 4-ü kubok, 15-i avrokubok olmaqla 80 rəsmi matçda (1 qol) ağ-qara formanı geyinib və 2020/2021 mövsümündə Azərbaycan çempionu olub. Kane Qvineya milli komandasının heyətində 13 oyuna çıxıb, 1 qol vurub.
Bizi Facebook-da izləyin