
“Neftçi” Hacıyevlə müqaviləni yeniləyib, icarəyə verdi
“Neftçi” klubu futbolçu Rəhman Hacıyevlə müqavilənin müddətini uzadıb.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, anlaşmaya görə, 27 yaşlı yarımmüdafiəçi 2024-cü il mayın 31-dək “ağ-qaralar”a məxsus olacaq. Ötən mövsümü icarə əsasında “Keşlə”də keçirən Hacıyev daha bir il müddətinə bu kluba icarəyə verilib.
Rəhman Hacıyev 2014-2020-ci illər ərzində “Neftçi”nin heyətində 166 oyunda meydana çıxıb, 16 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin