“Neftçi” məşqləri bərpa etdi – Honda…
“Neftçi” klubu üç günlük fasiləyə son qoyub.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-qaralar” bu gün klubun bazasında məşqə çıxıb. Əsasən toplu çalışmalardan ibarət olan hazırlıq prosesində milli komandaların düşərgəsinə yollanmış, eləcə də, müxtəlif səbəblərdən icazəli olan futbolçular iştirak etməyiblər.
“Neftçi”nin yeni transferi Keysuke Honda isə fərdi məşqlə kifayətlənib.
“Neftçi” növbəti rəsmi oyununu aprelin 4-də keçirəcək. Komanda Premyer Liqanın 21-ci turu çərçivəsində “Sumqayıt”ı qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin