“Neftçi”: “Kimin komandada qalıb-qalmayacağı mövsüm bitəndə bəlli olacaq”

“Cari mövsüm yekunlaşdıqdan sonra oyunçuların göstərdiyi performansa əsasən kimin komandada qalıb-qalmayacağı bəlli olacaq”.

Komanda.az xəbər verir ki, bu barədə “Neftçi” Peşəkar Futbol Klubunun yaydığı açıqlamada deyilir.

“Son günlərdə mətbuatda mövsümün sonunda “Neftçi”dən ayrılacaq futbolçular barədə xəbərlər yazılır. Neftçi” PFK olaraq bildiririk ki, yayılan bu xəbərlər şayiədən ibarətdir, həqiqəti əks etdirmir. Hazırda hər hansı bir futbolçumuzun komandanı tərk edəcəyi ilə bağlı qərar qəbul edilməyib”, – açıqlamada bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button