“Neftçi” “Keşlə” ilə oyuna tam heyətlə hazırlaşır

“Neftçi” futbol üzrə Azərbaycan Premyer Liqasının 16-cı turunda qarşılaşacağı “Keşlə” ilə oyunun hazırlığına start verib.

Komanda.az xəbər verir ki, “Qarabağ”la qarşılaşmadan (1:1) sonra bir günlük fasiləyə buraxılan komanda bu gün doğma bazada məşqə çıxıb. Bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub. Hazırlıq sabah bir məşqlə davam edəcək.

Xatırladaq ki, fevralın 10-da 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Keşlə” oyunu saat 14:00-da başlanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button