“Neftçi” Kaneni “Olimpiakos”a satdı – RƏSMİ
“Neftçi” futbolçusu Mamadu Kaneni Yunanıstanın “Olimpiakos” klubuna satıb.
Komanda.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Klublar arasında razılaşmaya görə, 24 yaşlı qvineyalı yarımmüdafiəçi müvəqqəti olaraq icarə əsasında flaqmanın heyətində çıxış edəcək.
Mamadu Kane 2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunub. O, 52-si çempionat, 4-ü kubok, 15-i avrokubok olmaqla 71 matçda ağ-qara formanı geyinib və 2020/2021 mövsümündə Azərbaycan çempionu olub.
Kane Qvineya milli komandasının heyətində 6 oyuna çıxıb, 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin