“Neftçi” Kaneni geri qaytarır? – Açıqlama
Mətbuatda “Neftçi”nin Yunanıstanın “Olimpiakos” klubunda çıxış edən keçmiş futbolçusu Mamadu Kaneni yenidən Azərbaycana qaytaracağı ilə bağlı məlumat yayılıb.
Məsələni dəqiqləşdirmək üçün “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq. Allahverdiyev Komanda.az-a açıqlamasında “Neftçi”nin Kaneni geri qaytarmağın klubun gündəmində olmadığını dedi:
“Mamadu Kanenin “Neftçi”yə geri dönüşü gündəmimizdə deyil. Yayılan məlumat həqiqəti əks etdirmir”.
Kane 2019-cu ilin yanvarından bu ilin əvvəlinə qədər “Neftçi”də çıxış edib. O, cari mövsümün ilk yarısında Premyer Liqada 11 oyun keçirib, 1 qol vurub.
Mehri Qurban
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin