“Neftçi” iştirak ərizəsini UEFA-ya təqdim etdi

“Neftçi” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Bosniya və Herseqovinanın “Jelezniçar” klubu ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Komanda.az xəbər verir ki, ərizədə 26 futbolçu yer alıb.

Qapıçılar: 1. İvan Brkiç, 12. Emil Balayev, 30. Aqil Məmmədov, 93. Rza Cəfərov;

Müdafiəçilər: 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 26. Ömər Buludov, 27. Elton Əlibəyli, 41. Samir Həsənov, 44. Yuri Matias, 82. Rüfət Abbasov, 84. Hüseyn Babayev;

Yarımmüdafiəçilər: 5. Kenni Sayef, 7. Azər Əliyev, 8. Emin Mahmudov, 10. Filip Ozobiç, 11. Kilan Lebon, 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 21. İsmayıl Zülfüqarlı, 23. Ataa Cabir, 27. Fərid Yusifli, 92. Ömər Qurbanov;

Hücumçular: 9. Mateus Saldanya, 77. Yeqor Boqomolski, 91. Ağadadaş Salyanski.

Bu komandalar arasında ilk oyun iyulun 27-si Bakı vaxtı ilə saat 23:00-da “Qrbavitsa” stadionunda, cavab görüşü isə avqustun 3-ü saat 21:00-da 8-ci km stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button