
“Neftçi” Avropa Liqası üçün iştirak ərizəsini təqdim etdi
UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Şimali Makedoniyanın “Şkupi” klubunu qəbul edəcək “Neftçi” iştirak ərizəsini UEFA-ya təqdim edib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-qaralar” bu mərhələ üçün 24 futbolçu sifariş edib:
Qapıçılar: 1.Səlahət Ağayev, 12.Kamran İbrahimov, 30.Aqil Məmmədov;
Müdafiəçilər: 2.Cabir Əmirli, 3.Mamadu Mbodj, 4.Rener Alves De Souza, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 26.Ömər Buludov, 91.Tallison Dias;
Yarımmüdafiəçilər: 7.Namik Ələskərov, 8.Emin Mahmudov, 10.Saman Nərimancahan, 19.Fəhmin Muradbəyli, 24.Yusuf Laval, 27.Fərid Yusifli, 28.Stiven Jozef-Monroz, 29.Sabir Buqrin, 36.Mamadu Kane, 37.Vüsal Əsgərov, 45.Əli Mürsəlov, 80.İsmayıl Zülfüqarlı;
Hücumçular: 22.Mirabdulla Abbasov, 55.İbrahim Əliyev.

Bizi Facebook-da izləyin