“Neftçi” istefa tələb edən fanatlarını stadiondan çıxardı – video

“Neftçi” Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Zirə”ni qəbul edir.

Komanda.az xəbər verir ki, “ağ-qaralar”ın azarkeş qruplarından olan “Neftçimania” cari mövsümün hər oyununda olduğu kimi, bu dəfə də klub rəhbərliyinin istefasını tələb edib.

Onlar komandaları hesabda öndə olsa da, “Kamran, istefa”, “Ceyhun, istefa” şüarları səsləndirirdilər. Bunu görən klubun mühafizə xidmətinin əməkdaşları “Neftçimania” azarkeş qrupunu stadiondan çıxarıb.

Hazırda ilk hissəsi oynanılan qarşılaşmada “Neftçi” 1:0 öndədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button