“Neftçi” İsrafilovun son durumu ilə bağlı açıqlama yaydı
Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində dekabrın 8-də Zirə İdman Kompleksinin stadionunda keçirilmiş “Zirə” – “Neftçi” matçında zədələnmiş futbolçu Eddi İsrafilovun durumuna aydınlıq gəlib.
Komanda.az xəbər verir ki, o, “Neftçi”nin sağlamlıq sponsoru olan “Liv Bona Dea Hospital”da müayinədən keçib.
Bununla bağlı “Neftçi”nin baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib:
“Eddi İsrafilovun diz oynağının bağ və sümük aparatında sınıq və ya gərilmə müşahidə olunmayıb. Sadəcə, ciddi toqquşma nəticəsində əzilmə və həmin hissədə yüngül ödem olduğuna görə futbolçu ağrı hiss edir. O, gələn həftədən fərdi məşqlərə başlayacaq, sonradan komandaya qoşulacaq. Yəni futbolçunun səhhətində ciddi problem yoxdur”.
Bizi Facebook-da izləyin