“Neftçi”dən ayrılan futbolçu Təbriz klubunda
“Neftçi” ilə yollarını ayıran Saman Nərimancahanın yeni klubu məlum olub.
Komanda.az “transfermarkt”a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi “Traktor”a keçib. Samanın Təbriz klubu ilə müqaviləsi iyunun sonuna qədər nəzərdə tutulub.
“Neftçi”yə 2020-ci ilin yanvarında transfer olunmuş Saman Nərimancahan “ağ-qara” formada 22 oyunda meydana çıxıb və 1 qolla yadda qalıb. Paytaxt təmsilçisi dünən cənubi azərbaycanlı futbolçu ilə yollarını ayırdığını açıqlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin