“Neftçi”dən ayrılan futbolçu Xorvatiya klubunda
“Neftçi” ilə yollarını ayıran Qoran Paratskinin yeni iş yeri məlum olub.
Komanda.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi “Slaven Belupo” klubuna keçib. Bu barədə Xorvatiya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Paratski ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Daha əvvəl, 2004-2016-cı illər aralığında “Slaven Belupo”da forma geyinən Paratski, 2018/19 mövsümüdə “Neftçi”nin uğurları üçün çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin