Honda: “Bəlkə də, heç nə ilə yadda qalmadım, ancaq…”
“Neftçi” ilə yollarını ayıran Keysuke Honda açıqlama verib.
Komanda.az xəbər verir ki, “ağ-qaralar”ın televiziyasına danışan yapon yarımmüdafiəçi, Azərbaycanı diqqət mərkəzində saxlayacağını deyib:
“Neftçi”də olduğum üçün xoşbəxtəm. Çempion oldum, isti münasibət gördüm. Bəlkə də, heç nə ilə yadda qalmadım, ancaq düşünürəm ki, məni hər zaman yaxşı xatırlayacaqsız. Ümid edirəm, “Neftçi” növbəti mövsümdə də çempion olacaq və mən bura gəlib, onlarla bunu qeyd edərəm. Burdan ayrılsam da, hər zaman Azərbaycanı diqqət mərkəzində saxlayacam”.
Honda bu ilin martında “Neftçi” ilə müddəti mövsümün sonuna qədər olan müqavilə imzalamışdı. “Ağ-qaralar”ın heyətində Premyer Liqada çempionluq yaşayan Honda, çempionatda 8 oyunda 2 qol vurub.
Bizi Facebook-da izləyin